AZEL Systems, ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmiş və müəllif hüquqlarnın qorun


ABŞ-ın Azərbaycandakı səfirliyi Ümumdünya Müəllif Hüquqları Gününü (26 aprel) azərbaycanlı tələbələr, gənc mütəxəssislər və startap cəmiyyətində olan şəxslər üçün inşa müsabiqəsi keçirməklə qeyd etdi. Müsabiqənin məqsədi, iştirakçıların Müəllif Hüquqları problemləri, o cümlədən müəllif hüquqlarının qorunması barədə tənqidi düşüncələrini artırmaq idi.

AZEL Systems müsabiqənin həm-sponsorlarından biri kimi qaliblərdən birinə mükafat (iPad) hədiyyə etdi.

Müsabiqə qalibinin mükafatlandırma mərasimi 22.05.2020-ci il tarixində AZEL Systems-in ofisində keçirildi. Şirkət prezidenti İqor Yakovenko mükafatı qalib Nigar Həmidliyə təqdim etdi.

İ. Yakovenko qalibi təbrik etdi və ona gələcəkdə uğurlar arzuladı. O, AZEL Systems-in hər zaman müəllif hüquqlarının qorunmasını dəstəklədiyini bildiridi və bu müsabiqənin Azərbaycanda bu mövzuda məlumatlılığı daha da artıracağına ümid etdiyini vurğuladı. O, AZEL Systems-in tərəfdaşlarının birindən (Apple şirkəti) qalibə mükafat bağışlamaqdan çox məmnun olduğunu söylədi.

Nigar Həmidli də öz növbəsində ABŞ səfirliyinə təşkilatçılığa və müsabiqəyə sponsorluq etdiyi və mükafata üçün AZEL Systems şirkətinə öz təşəkkürünü bildirdi. O, iPad-in təhsilində ona kömək edəcəyini vurğuladı və gələcəkdə də oxşar yarışların keçiriləcəyinə ümid etdiyini bildirdi.


Featured Posts
Recent Posts