top of page

AzMİU-da inşaatın bütün mərhələlərində rəqəmsal transformasiyaya həsr olunmuş Beynəlxalq Konfrans ke


Sentyabrın 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) inşaatın bütün mərhələlərində rəqəmsal transformasiyaya həsr olunmuş Beynəlxalq Konfrans keçirilib. Tədbirin təşkilatçıları “TRIMBLE” (ABŞ) və “AZEL Systems” (Azərbaycan) şirkətləridir.

Konfransın əsas məqsədi inşaat sahəsində aktual problemlərin və bu problemlərin, real layihələr əasasında, inkşafa yol açan yeni texnologiyaların istifadəsi ilə mümkün həllərinin müzakirəsi idi. Eyni zamanda “Tekla Trimble”-ın mülki və sənaye inşaatı üçün təklif etdiyi imkanlar da diqqət mərkəzində oldu.

Tədbiri giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova konfransın əhəmiyyətini vurğulayaraq bildirdi ki, müasir dövrdə informasiya texnologiyaları gündəlik həyatımızda, eləcədə ölkə iqtisadiyyatının bütün sahələrində çox böyük yer tutur.

Onun sözlərinə görə, bu texnologiyaların rolu ilbəil artmaqdadır və hər bir tələbə texnoloji biliklərə yiyələnməlidir.

Rektor yeni informasiya texnologiyaları ilə bağlı təşkil edilən konfransın universitet tələbələri və müəllimləri üçün stimul yaradacağına əminliyini ifadə etdi.

Daha sonra “AZEL Systems” şirkətinin rəhbəri İqor Yakovenko təmsil etdiyi qurum barədə məlumat verdi. 2013-ci ildə yaranan şirkət qabaqcıl texnologiyaların tətbiqi ilə məşğuldur. “Trimble” şirkətinin Azəbaycanda yeganə səlahiyyətli nümayəndəsi olan “AZEL Systems”, həmçinin dünyada tanınmış “Samsunq”, “Autodesk” və digər şirkətlərin də tərəfdaşdır.

O, qeyd etdi ki, Azərbaycan şirkətləri yeni texnologiyaların mənimsənilməsi və tətbiqi sahəsində mühüm uğurlara nail olublar. Belə ki, Azfen şirkəti “Tekla Trimble” şirkətinin texnologiyası əsasında mühüm bir layihə həyata keçirib ki, bu da beynəlxalq səviyyədə yüksək qiymətləndirilib. SOCAR Foster-Wheeler Engineering şirkəti isə Heydər Əliyev adına neft emalı zavodunun rekonstruksiyası üzərində çalışarkən bütün işləri ən yüksək standartlara uyğun görüb.

İ.Yakovenko nəzərə çatdırdı ki, Azərbaycanın Azfen və SOCAR Foster-Wheeler Engineering şirkətləri yeni texnologiyaların yüksək səviyyədə tətbiqi sahəsində regionun lideri hesab edilirlər.

O, əlavə edib ki, hər il 10-a dək universitet tələbəsi şirkətdə təcrübə toplayaraq, qabaqcıl texnologiya sahəsində zəruri biliklər əldə edirlər. Hazırda isə onlar bacarıqlı mütəxəssislər qismində tanınmış şirkətlərdə çalışırlar. Həmçinin diqqətə çatdırılıb ki, “Tekla Trimble” şirkətinin tapşırığı əsasında AZEL SYSTEMS- bu il 46 TEKLA proqram təminatı lisenziyasını AzMİU-а pulsuz təqdim edib. Qeyd etmək lazımdır ki, bir belə kommersiya lisenziyanın qiyməti 22 min avro təşkil edir.

“Tekla Trimble” şirkətinin MDB ölkələri üzrə kommersiya direktoru Denis Kuptsov “Tikinti sahəsinin rəqəmsallaşdırılmasında ümümdünya trendləri, BIM texnologiyası və Trimble həlləri” adlı məruzə ilə çıxış edib.

Texnoloji tərəqqidən söz açan D.Kuptsov müasir dünyamızda bu inkişaf tendensiyasının artıq digər sahələrdə də, o cümlədən tibb, maşınqayırma, təyyarəqayırma, kino sənayesində müşahidə olunduğunu qeyd etdi.

Denis Kuptsov bildirdi ki, Azərbaycanda belə bir Trimble konfransı ilk dəfə təşkil olunur. O vurğulayıb ki, buna baxmayaraq, Azərbaycan şirkətləri artıq uzun müddətdir həm ölkədə, həm də ondan kənarda “Trimble” həllərindən öz layihələrində istifadə edirlər: “Biz rəqəmsal texnologiyaların inkşafı və onlara keçidin vacibliyini anlayan yerli mütəxəsislərlə dialoq qurmağı planlaşdırırıq”.

“Azfen” şirkətinin Baş direktoru Həmid Həsənov bildirib ki, təmsil etdiyi qurum neft-qaz sənayesi sistemində artıq 22 ildir fəaliyyət göstərir. Qeyd olundu ki, neftin və qazın dənizdən və ya qurudan çıxarılması, onların emalı, suyun yenidən yataqlara vurulması, eləcə də neftin təmiz halda Sanqaçal terminalına nəql edilməsi yüksək texnologiyarın tətbiqinin nəticəsidir. Bu işlərin görülməsi isə az sayda mühəndis-texniki işçilərin cəlb olunması ilə başa gəlib. Odur ki, müasir texnologiyalara yiyələnmək, bu sahədə biliklər qazanmaq günün tələbi

SOCAR Foster-Wheeler Engineering şirkətinin Baş direktoru Elməddin Dadaşov vurğuladı ki, şirkət metal konstruksiyaların 3D modeldə yığılması üçün Tekla Trimble proqram təminatından istifadə edir. Şirkət Azərbaycanda yerli və xarici mütəxəssislərlə birgə bu proqram təminatından istifadə etməklə, texnoloji qurğuların modelləşməsini həyata keçirir. Hazırda SOCAR Foster-Wheeler Engineering yalnız yerli deyil, həmçinin İtaliya və İspaniya şirkətləri ilə də əməkdaşlıq edir.

Tədbir iştirakçıları “Tekla Structures” və “Trimble SketchUP” proqramlarının tətbiqi və yeni layihələrə də dair geniş təqdimatla çıxış ediblər.

Sonda Tekla Trimble şirkətinin kommersiya direktoru Denis Kuptsov AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovanın iştrakı ilə tədbir iştrakçılarına fəxri sertifikatlar təqdim etdi. İlk öncə SOCAR Foster-Wheeler Engineering şirkətinin Baş direktoru Elməddin Dadaşov rəhbəri olduğu şirkətin 2017 və 2018-ci illərdə Tekla Trimble proqram təminatı istifadəsi ilə layihələndirmədə Cəbnubi Qafqaz regionu üzrə ən yaxşı nəticələrə nail olduğunu təsdiq edən sertifikat ilə mükafatlandırıldı. Daha sonra 2019-cu ildə analoji uğuru təkrarlayan Azfen şirkətin Baş direktoru Həmid Həsənova sertifikat təqdim edildi. Nəhayət, AZEL Systems şirkətinin son üç ildə Tekla Trimble-ın Cənubi Qafqaz regionu üzrə ən yaxşı strateji nümayəndəsi olmasını təsdiq edən sertifikat ilə şirkətin rəhbəri İqor Yakovenko təltif olundu.

Konfransın ikinci günü Tekla Trimble texniki mütəxəsisləri tərəfindən Tekla Structures proqram təminatının istifadəsi üzrə seminar-master klass keçirilib. AzMİU-nun 50-dən artıq tələbə və müəllimi master-klassda iştrak edib və rəsmi sertifikatlarla təltif olunublar.


Featured Posts
Recent Posts
bottom of page